10 oktyabr 2022, 12:04

Təhminə Hacıyevadan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident.

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasında iştirakınızı və səfər çərçivəsində keçirdiyiniz səmərəli görüşləri çox təqdirəlayiq hal hesab edirəm. Sizin məğrur duruşunuz, liderlərlə siyasi dialoqlarınız, jurnalistlərin suallarına tutarlı cavablarınız, ölkəmizin mənafeyinə xidmət edən uğurlu müzakirələriniz qəlbimizi fərəhləndirir.

Siz öz müdrik addımlarınızla, məqsədyönlü fəaliyyətinizlə bütün dünyaya sübut edirsiniz ki, Qarabağ Azərbaycandır!

Cənab Prezident, müdrik və uğurlu siyasətiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu gün ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır və daim şad olsun.

Hörmətlə,

Təhminə Hacıyeva

Azərbaycan Respublikası, Göygöl şəhəri.