12 oktyabr 2022, 13:15

Zülfü Quliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik. Heç bir düşmən təxribatından çəkinməyərək əsl sərkərdə hünəri ilə Laçın rayonunda bayrağımızı qaldırmağınız bizi qürurlandırdı.

Bu günlərdə etdiyiniz səfərlər, keçirdiyiniz görüşlər, verdiyiniz müsahibələr hər birimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Daim Sizinləyik.

Allah yar və yardımçınız olsun.

Hörmətlə,

Zülfü Quliyev

Xocalı rayon sakini

Azərbaycan Respublikası, Gəncə şəhəri.