10 oktyabr 2022, 14:07
Nizami Qafarovdan, Bakı, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Mən idmançıyam, bir sıra beynəlxalq yarışlarda uğurlara imza atmışam. Sizin idmana və təhsilə olan diqqət və qayğınıza böyük dəyər verir, bütün sahələrdə müdrik siyasətinizi dəstəkləyirəm.
Sizin rəhbərliyinizlə qazanılan Zəfərə, həmin Zəfəri böyük Qələbə sevincinə çevirdiyinizə görə, həmçinin Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın daha firavan yaşaması üçün sərf etdiyiniz zəhmətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Qafarov Nizami Rafiq oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.