11 oktyabr 2022, 14:33

Nəsibə Quliyevadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinin inkişafı ilə bağlı gördüyünüz işlərin uğurlu nəticələri göz qabağındadır. Dövlət proqramlarına uyğun olaraq yeni məktəb binaları tikilir və bərpa olunur. Bütün məktəblər öz müasirliyi ilə seçilir. Bütün bunlar təhsil ictimaiyyəti ilə yanaşı, şagirdlər, onların valideynləri tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

Cənab Prezident, mən bir müəllim kimi göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Quliyeva Nəsibə Eldar qızı

Ağdam rayonu, Evoğlu kənd orta məktəbinin müəllimi

Azərbaycan Respublikası, Ağdam rayonu, Evoğlu kəndi.