Ellada Məcnunovadan, Bakı, Azərbaycan
Əziz İlham Əliyev.
Bir şəhid anası olaraq, mənə göstərilən qayğıkeşliyə, səmimi münasibətə və diqqətə görə Sizə və Mehriban xanım Əliyevaya “çox sağ olun” deyir, minnətdarlığımı bildirirəm.
Mən Sizin qayğınızı hər zaman hiss edirəm. Sizin təşəbbüsünüz və fərmanınız əsasında yaradılmış “YAŞAT” Fondu da biz şəhid ailələrini diqqət mərkəzində saxlayır, sosial vəziyyətimizin yaxşılaşdırılmasında, problemlərimizin həllində köməyini əsirgəmir. Vətən yolunda oğlumu itirsəm də, əvəzində mənə dar gündə dayaq olan oğullar, qızlar qazanmışam.
Əziz Prezidentimiz, oğul itkisi ağır olsa da, torpaqlarımızın azadlığı ilə təsəlli tapıram. Vətənpərvər Azərbaycan oğullarının qanı yerdə qalmadı, əməyi hədər getmədi.
Tanrı hər zaman köməyiniz olsun.
Hörmətlə,
Ellada Məcnunova
Şəhid anası
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi