Surat Abdullazadədən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayıram, sürücü işləyirəm. Son illər ərzində şəhərimizin sosial-iqtisadi inkişafı gözlərim önündə baş vermişdir. İndi əvvəlki problemlərdən demək olar ki, əsər-əlamət qalmamışdır. Sürücü olduğum üçün nəinki Şirvanın, bütövlükdə ölkəmizin avtomobil yollarının rahat və müasir üslubda qurulması mənə xüsusi zövq verir.
Son vaxtlar ölkəmizdə, o cümlədən Şirvan şəhərində narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də məni bir vətəndaş olaraq sevindirir. Gələcək nəsillərin sağlam olması üçün belə tədbirlərin əhəmiyyəti əlbəttə ki, böyükdür.
Əziz Prezidentimiz, Sizin gördüyünüz işlər xalqa, millətə sədaqətli olduğunuzun aynasıdır. Mən Sizinlə fəxr edirəm və Sizi dəstəkləyirəm.
Allah Sizi pənahında saxlasın.
Hörmətlə,
Surat Abdullazadə
Azərbaycan Respublikası, Şirvan şəhəri.