13 oktyabr 2022, 14:30

Bir sıra dini icma rəhbərlərindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Molokanlar Azərbaycan ərazisində XIX əsrdən bəri yaşayırlar. Bu müddət ərzində onlar Azərbaycan xalqı ilə qaynayıb-qarışmış, Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrindən, başqa dini konfessiyaların davamçılarına qarşı dözümlü münasibətdən faydalanmışlar. Qeyd etmək istəyirik ki, bu dostluq, mehribanlıq və əməkdaşlıq münasibətləri Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə Sizin rəhbərliyinizlə daha da inkişaf etmişdir.

Ölkəmizdə yaşayan molokanlar Vətənimizin daha da güclənməsi üçün əllərindən gələni əsirgəmirlər. Vətən müharibəsində Sizin rəhbərliyiniz altında qazanılan Zəfər bütün ölkə vətəndaşları kimi, biz molokanları da çox sevindirdi. İşğaldan azad edilmiş ərazilərimizə səfərlər zamanı tarixi və dini abidələrimizin bərpası istiqamətində atılan addımları görmək sonsuz fərəh hissi doğurur.

Dəyərli Prezidentimiz, Sizin uğurlu xarici siyasətiniz nəticəsində Azərbaycanın günbəgün inkişaf etməsi digər icmalar kimi, daim dövlətimizin qayğısı ilə əhatə olunan molokanları da çox məmnun edir. Ölkəmizdə hökm sürən tolerant mühitə və bizə göstərilən qayğıya görə Sizə bütün Azərbaycan molokanları adından təşəkkür edirik. Sizə Azərbaycanımızın yüksəlişi və inkişafı naminə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin ehtiramla,

Valeri Katkov

Bakı şəhər “Molokan ruhani-xristian” dini icmasının sədri

Matryona Ponomaryova

Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icmasının sədri

Yekaterina Tsapleva

Qobustan rayonu Hilmilli kindi “Molokan ruhani-xristian” dini icmasının sədri

Serqey Kazakov

İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani xristian” dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.