13 oktyabr 2022, 17:53

Aslan Əliyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin müdrik və uğurlu siyasətiniz sayəsində Azərbaycan gündən-günə çiçəklənir və gələcəyə doğru inamla addımlayır. Biz Sizinlə fəxr edirik və Sizin siyasətinizi dəstəkləyirik. Torpaqlarımız erməni işğalından azad olunması xalqımıza hədsiz sevinc bəxş etmişdir. Sizə və Azərbaycan xalqına daha böyük zəfərlər, qələbələr arzulayırıq.

Hörmətli cənab Prezident, Ulu Öndərimizin layiqli davamçısı olaraq, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyir, “çox sağ olun” deyirəm. Allahdan arzum budur ki, Sizin kölgənizi bu dövlətin başı üzərindən əskik etməsin.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Aslan Əliyev

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ocaqlı kəndi.