14 oktyabr 2022, 14:26

Səidə Useynovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Görkəmli memarlar – əmim Mikayıl Hüseynovun və bibimin həyat yoldaşı Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı 2022-ci 8 oktyabr tarixli Sərəncamınıza görə ailəmizin ağbirçəyi kimi, Sizə dərin təşəkkür edir və minnətdarlığımızı bildirirəm.

Böyük qürur hissi duyuruq ki, Siz qlobal problemlərin həllindən vaxt ayırıb qabaqcıl ziyalıların xatirəsini yaşadırsınız. Ziyalıların xatirəsinə dərin hörmət və qayğı göstərdiyiniz üçün Sizə və bütün ailə üzvlərinizə Tanrıdan ən böyük himayədarlıq arzulayıram.

Allah Sizi xalqımıza və dövlətimizə çox görməsin.

Dərin hörmət və ehtiramla, hər zaman Sizin siyasi kursunuzu dəstəkləyən,

Useynova Səidə Mahmud qızı

Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.