Şəhid atası Əhmədov Həsən və ailə üzvlərindən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin həyata keçirdiyiniz müdrik və uğurlu siyasət nəticəsində ölkəmizdə əmin-amanlıq, ictimai və siyasi sabitlik hökm sürür. Müxtəlif kateqoriyalardan olan vətəndaşlar, eləcə də şəhid ailələri dövlət qayğısı ilə əhatə olunmuşlar. Vətəndaşların təhlükəsizliyi və sosial müdafiəsi dövlət tərəfindən təmin olunur.
Cənab Prezident, bu gün müşahidə olunan müsbət amillərdən biri də odur ki, ölkəmizdə vətəndaşların hüquq və azadlıqları etibarlı şəkildə qorunmaqdadır. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan nümunəvi dövlət qulluqçularının sayının da getdikcə artdığını görürük. Bir şəhid atası olaraq, deyə bilərəm ki, bu günlərdə mənim müraciətimə diqqətlə yanaşıldı, baş verə biləcək haqsızlığın qarşısı ədalətli araşdırma nəticəsində alındı.
Müzəffər Ali Baş Komandan, Sizə uğurlar arzulayır, möhkəm cansağlığı, uzun ömür diləyirəm. Allah ölkəmizə hər zaman davamlı inkişaf, əmin-amanlıq qismət etsin.
Vətəni sevənlərə eşq olsun!
Hörmət və ehtiramla,
Şəhid atası Əhmədov Həsən və ailə üzvləri (7 nəfər).
Azərbaycan Respublikası, Abşeron rayonu, Məmmədli kəndi.