15 oktyabr 2022, 15:30
Mehman Şirinovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə yeni müvəffəqiyyətlər arzu edirəm.
Mənim atam 2-ci qrup Qarabağ müharibəsi əlilidir, özüm isə Vətən müharibəsi iştirakçısıyam. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən köməyə, onlara hər zaman verilən dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, çox təqdirəlayiq bir işdir və xalqımızda Sizə, dövlətimizə olan rəğbəti daha da artırır.
Ömrünüz uzun olsun, cənab Prezident.
Hörmətlə,
Mehman Şirinov
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Şəki şəhəri.