17 oktyabr 2022, 12:17

Xatirə Vəliyeva və başqalarından, Bakı, Azərbaycan

Azərbaycan xalqının əziz və hörmətli, qalib Prezidenti.

Biz, Ramana qəsəbə sakinləri Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Yaşadığımız Ramana qəsəbəsinin abadlaşdırılması, avtomobil yollarının təmiri, insanlara daha yaxşı yaşamaq üçün əlverişli şəraitin yaradılması yerli sakinlər tərəfindən alqışla və böyük minnətdarlıq hissi ilə qarşılanır. Fəxr edirik ki, qəsəbəmiz gündən-günə gözəlləşir.

Həmçinin biz görürük ki, aidiyyəti qurumlara üz tutan vətəndaşlar hörmətlə qəbul edilir, diqqətlə dinlənilir, onlara qayğı göstərilir, problemləri həll olunur. Bu işdən də çox razıyıq.

Cənab Prezident, bütün bunların səbəbkarı Sizsiniz. Allaha şükürlər olsun ki, xalqımızın Sizin kimi dövlət başçısı var. Sizə möhkəm cansağlığı, uzun ömür arzu edirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Vəliyeva Xatirə

Vəliyev Yaqub

Əliyeva Tərlan

Əsgərova Nailə

Hacıyev Mətləb və başqaları (8 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.