06 sentyabr 2012, 13:00
Adil Aslanovdan, Saatlı, Azərbaycan
Çox hörmətli Prezident,
Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında gündən-günə qüdrətlənir, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilir. Məhz bunun nəticəsidir ki, vətənpərvər övladımız Ramil Səfərov uzaq Macarıstanda həbsdən çıxarılaraq ölkəmizə gətirildi və əfv olundu. Bu, Sizin siyasətinizin qələbəsidir. Bu, hər bir vətəndaşımıza bir Prezident kimi Sizin tükənməz diqqət və qayğınızın təzahürüdür. Biz Sizdən çox razıyıq, Allah da Sizdən razı olsun!
Hörmətlə,
Adil Aslanov, Məmmədabad kənd icra nümayəndəsi.
Azərbaycan Respublikası, Saatlı rayonu.