18 oktyabr 2022, 11:54

Nizaməddin Cəfərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz müstəqil Azərbaycanın banisi, dövlətçiliyimizin xilaskarı, ölkəmizin yeni tarixini yaradan ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək qətiyyətli zəfərlərə imza atdınız və Azərbaycan xalqının tarixində əbədi zirvələr yaratdınız. Qürurlanırıq ki, işğaldan azad olunmuş tarixi torpaqlaımızda üçrəngli bayrağımız dalğalanır.

Sizin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri və doğma Sarıcalı kəndimizin təməlqoyma mərasimində iştirakı kəndimizin bütün sakinlərini hədsiz sevindirdi.

Çox yaxınlarda doğma yurdumuza qayıdacağımıza, həyatımızı kəndimizdə davam etdirəcəyimizə görə xoşbəxtik. Buna görə Sizə səmimi qəlbdən təşəkkür edirik.

Cənab Prezident, Ulu Öndərimizin layiqli davamçısı kimi xalqın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyirəm. Allah Sizin kölgənizi dövlətimizin başı üzərindən əskik etməsin.

Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Cəfərov Nizaməddin Yusif oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu.