Tariyel İsmayılovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkə vətəndaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər öz müsbət nəticəsini verir, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Ünvanlı sosial yardımların təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb olunması bunun əyani təsdiqidir.
Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, Sizin uğurlu siyasətinizdən razılığımı bildirirəm. Mən aztəminatlı ailənin üzvüyəm. Bizə ünvanlı dövlət sosial yardım təyin olunmuşdur.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Tariyel İsmayılov
Azərbaycan Respublikası, Şəki şəhəri.