18 oktyabr 2022, 17:11

Nisə Məmmədovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir vətəndaş və təhsil işçisi kimi özümü xoşbəxt hiss edirəm. Vətəndaş olaraq ona görə ki, öz ərazi bütövlüyünü bərpa etmiş, gündən-günə inkişaf edən bir ölkədə yaşayıram. Təhsil işçisi kimi özümü xoşbəxt hiss edirəm ona görə ki, təhsilin inkişafı üçün ölkəmizdə mühüm işlər görülür, yeni məktəblər tikilir, köhnələri əsaslı təmir olunur, müəllimlərin iş şəraiti yaxşılaşdırılır, əməyi qiymətləndirilir, onlara müxtəlif medallar və fəxri adlar verilir.

Bir azərbaycanlı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Azyaşlı övladım da Sizi çox sevir, televizorda hər dəfə Sizi görəndə “İlham baba” deyib sevinir.

Allahdan Sizə uzun ömür, cansağlığı diləyirəm.

Hər zaman var olun, cənab Prezident.

Hörmətlə,

Nisə Məmmədova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.