20 oktyabr 2022, 12:40
Zakir Şükürovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Sizin göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, vətəndaşların rifah halı daha da yaxşılaşır. Bütün bunlar xalqımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində var gücünüzlə çalışdığınızı, hər bir azərbaycanlının Prezidenti olduğunuzu göstərir. Sizin kimi müdrik və qayğıkeş liderimiz olduğuna görə çox xoşbəxtik.
Allah Sizi qorusun.
Hörmətlə,
Şükürov Zakir Mosi oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Məlikqasımlı kəndi.