Z.Qasımovdan, Kazan, Rusiya Federasiyası
Möhtərəm cənab Prezident,
Ali Baş Komandan!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun əfvi barədə Sərəncam imzaladığınıza görə Tatarıstan Respublikasında yaşayan bütün azərbaycanlılar adından Sizə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm. Ramil Səfərovun azad edilməsi Azərbaycan xalqının nurlu gələcəyə aparan çətin yolda növbəti qələbəsi və şübhəsiz ki, xalqımızın lideri kimi Sizin dünyanın istənilən hissəsində yaşayan azərbaycanlılara olan qayğınızın göstəricisidir. Xaricdə yaşayan azərbaycanlılar bizim üçün etdiklərinizi yüksək qiymətləndirirlər. Biz özümüzü Prezidentimizin himayəsində hiss edirik və Sizinlə fəxr edirik. Biz Sizə və yaxınlarınıza uzun ömür, müvəffəqiyyətlər, uğurlar arzulayırıq. Qoy, Allah Sizə və doğmalarınıza yar olsun!
Hörmətlə,
Z.İ.Qasımov
Rusiya Federasiyası, Kazan şəhəri.