20 oktyabr 2022, 14:50

Mehdi İbrahimov və başqalarından, Lənkəran, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Öncə Sizi Vətən müharibəsindəki möhtəşəm Zəfər münasibətilə öz adımızdan və çoxsaylı ailə üzvlərimiz adından bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Xalqımızın rifahının yaxşılaşdırılması üçün davamlı görülən işlər ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanır. Əvvəllər bir sıra sahələrdə, xüsusilə də əmlakın sənədləşdirilməsi sahəsində bürokratik əngəllər, süründürməçilik halları mövcud idi. İndi, bu sahədə vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Biz fərdi yaşayış evlərinin tikintisi üçün Lənkəran rayonunun Əşlə kənd bələdiyyəsindən qanuni əsaslarla həyətyanı torpaq sahələri almışıq. Bu ilin sentyabr ayında aidiyyəti üzrə kollektiv müraciət etdikdən sonra qısa müddət ərzində həyətyanı torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni elektron xəritəyə daxil edildi. Lazımi sənədlərimiz əsasında bizə tezliklə reyestrdən çıxarışlar veriləcəkdir.

Cənab Prezident, sosial vəziyyətimizin və yaşayış şəraitimizin yaxşılaşdırılması üçün qəbul etdiyiniz qərarlara, verdiyiniz fərman və sərəncamlara görə, o cümlədən vəzifəli şəxslərə vətəndaşlara daha yaxşı xidmət etməyi tapşırdığınıza görə hər birimiz Sizə səmimi qəlbdən dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

İbrahimov Mehdi İsa oğlu

Eyvazova Təranə Firudin qızı

Cabbarov Mirhətəm Qasım oğlu

Muradova Aygün Xalıq qızı

Babayev Vüqar Ələkbər oğlu və başqaları (20 nəfər).

Azərbaycan Respublikası, Lənkəran rayonu, Velədi kəndi.