20 oktyabr 2022, 18:53

Rasim Əmirovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həm daxili, həm də xarici siyasətinizi çox yüksək qiymətləndiririk. Mən və mənim ailəm Sizinlə fəxr edirik. Siz ata-baba yurdumuz Qarabağımızı özümüzə qaytardınız, mənim ən böyük arzumu həyata keçirdiniz.

Doğma Şuşamızda olmaq üçün, o gözəl Şuşamıza qayıtmaq üçün illərdir gözləyirdim. Mən Şuşamıza getdim, o müqəddəs yerləri ziyarət etdim. İnşallah gələn səfərdə Gövhər ağa məscidinin qarşısında qurban kəsəcəyəm.

Xalqımız Sizi çox sevir, cənab Prezident.

Hörmətlə,

Rasim Əmirov

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.