22 oktyabr 2022, 12:11

Elman Əliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanı qalib ölkəyə çevirdiyinizə, xalqımıza layiqli xidmət göstərdiyinizə görə Sizə Ağdam camaatı adından və şəxsən öz ailəm adından böyük təşəkkürlər bildirirəm.

Sizin Azərbaycan üçün etdiyiniz xidmətlər danılmazdır və böyük hörmətə layiqdir. İllər uzunu işğalda qalan Vətən torpaqlarını böyük igidliklə və düşünülmüş siyasətlə Azərbaycan xalqına qaytardınız. Sizin xeyirxahlığınızın, humanistliyinizin həddi-hüdudu yoxdur.

Siz Prezident seçilən gündən daim əhali ilə sıx təmasdasınız. Vətəndaşlarla görüşür, onların problemləri ilə maraqlanır, həlli ilə əlaqədar tapşırıqlar verir, sərəncamlar imzalayırsınız.

Əziz Prezidentimiz, bir Ağdam sakini kimi, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Böyük hörmətlə,

Əliyev Elman Çərkəz oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Dördyol-2 qəsəbəsi.