24 oktyabr 2022, 15:29
Əmirxan Həsənlidən, Bakı, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin qazandığı uğurlar, komandanlığınızla doğma torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun zəfərləri, düşmənlərimizə verilən layiqli cavablar bizə qürur hissi yaşadır, qəlbimizi riqqətə gətirir.
Biz fəxr edirik ki, azərbaycanlıyıq. Siz böyük həqiqəti danılmaz bir şəkildə dünyaya sübut etdiniz: Qarabağ Azərbaycandır, Qələbə bizimlədir!
Hörmətlə,
Əmirxan Həsənli
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.