25 oktyabr 2022, 15:25

Xatimə Kəlbəliyevadan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

İgid Vətən övladlarının uğrunda canlarını fəda edərək şəhid olduqları müasir müstəqil Azərbaycanımızın sürətli inkişafını və beynəlxalq arenada mövqeyinin güclənməsini gördükcə biz şəhid ailələri fəxr edirik. Sizin şəhid ailələrinə xüsusi qayğınız, onların sosial təminatlarını artırmaq, yaşayışlarını yaxşılaşdırmaq üçün apardığınız siyasət bizi sevindirir. Şəhid ailələrinin mənzillə, təqaüdlə, pensiya və müavinətlə təmin olunması istiqamətində aparılan işlərdən razılığımız böyükdür.

Bizim ailə də şəhid ailəsi olaraq dövlətimizin qayğısı ilə əhatə olunmuş, o cümlədən mənzillə təmin edilmişdir. Ailəmizə təqdim olunan mənzilə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz daim xalqımıza dəstək olduğunuz kimi, xalqımız da həmişə Sizin yanınızdadır.

Hörmətlə,

Kəlbəliyeva Xatimə Məhərrəm qızı

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.