26 oktyabr 2022, 18:39

Nemət Mirzəyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sərəncamınızla təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında magistr təhsili almaq şansı qazanmışam. Bu, mənim həyatımda ən xoşbəxt və yaddaqalan məqamlardan biridir. Səbirsizliklə xaricdə təhsilə başlayacağım günü gözləyirəm.

Əziz Prezidentimiz, ölkəmizdə insan kapitalının inkişafı baxımından biz gənclərə belə bir imkan yaratdığınız üçün xaricdə təhsil almış və alacaq bütün tələbələr adından Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Hörmətlə,

Mirzəyev Nemət Elçin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.