27 oktyabr 2022, 13:21

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi dəstəkləyən vətəndaş kimi, siyasətinizi və onun müsbət nəticələrini heyranlıqla izləyirəm. Sizin qətiyyətli addımlarınız nəticəsində Azərbaycan Respublikası dünyada güclü dövlətə çevrilmişdir.

Hörmətli cənab Prezident, Sizə minnətdaram ki, Siz Azərbaycan xalqının maddi rifahının yaxşılaşması üçün böyük əmək sərf edirsiniz və Azərbaycanın sosial-iqtisadi inkişafında Sizin böyük payınız vardır.

Hər bir vətənpərvər azərbaycanlı Sizinlə qürur duyur.

Hörmətlə,

Vüsal Hüseynov

Azərbaycan Respublikası, Göyçay şəhəri.