06 sentyabr 2012, 14:00

Məmməd Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin yorulmaz səyləriniz öz bəhrəsini verdi. Sizin Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun azadlığa buraxılması ilə bağlı qərarınız təkcə onun ailəsinin deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuşdur.

Hörmətli Prezident, bəzi dövlətlər, beynəlxalq təşkilatlar və qara qüvvələr Ramillə bağlı məsələdə qara-qışqırıq salmışlar. Onlar Azərbaycanın uğurlarından, gücündən, inkişafından qorxan qüvvələrdir. Sağlam qüvvələr, xalqımız Sizin arxanızdadır, Sizi dəstəkləyir, Sizə ürəkdən sağ olun deyir! Sizə möhtəşəm işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Məmməd Məmmədov
Keçmiş Naxçıvan quşçuluq fabrikinin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi küçəsi 57, mənzil 47.