06 sentyabr 2012, 14:10

İman Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın igid oğluna göstərdiyiniz qayğıya, onun ekstradisiyasına və əfv olunmasına görə Sizə öz səmimi minnətdarlığımı bildirirəm. Siz vətəndaşların hüquqlarının, onların həyatının təminatçısı və müdafiəçisi kimi Azərbaycan dövləti qarşısında içdiyiniz anda uyğun olaraq güclü və müstəqil Azərbaycan naminə fəaliyyət göstərmisiniz və göstərirsiniz.

Gözlənildiyi kimi, erməni demaqoqları Azərbaycan Respublikasının rəhbərliyinə qara yaxmaq məqsədi ilə Sizin ədalətli qərarınızdan istifadə edəcəklər.

Biz hamımız şahidiyik ki, artıq 20 ildən çoxdur Ermənistan Dağlıq Qarabağ məsələsinin həllinə dair sülh danışıqlarını qəsdən uzadır və açıq-aşkar pozur. ATƏT-in Minsk qrupu bütün bu illər ərzində həmin məsələnin həllində, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsində fəaliyyətsizlik göstərmişdir.

Ermənilər bizə Azərbaycanın iqtisadi inkişafı və nailiyyətləri üzündən həsəd aparırlar. Ermənistanın tarixi riyakarlığı, əsassız ambisiyaları göz qabağındadır. Onların BMT qətnamələrini icra etməmələri əvvəlcədən düşünülmüş taktiki gedişdir.

Milli Ordunun zabiti Ramil Səfərovun işi üzrə xarici mətbuatda gedən yazıların heç birində qeyd olunmur ki, o, öz Vətəninin mərd və həqiqi oğlu kimi onun müdafiəsinə qalxmışdır və Azərbaycanın bayrağını, şərəfini təhqir edəni cəzalandırmışdır. Erməni diasporunun məkrli yalanları və riyakarlığı istənilən halda iflasa uğrayacaqdır. Həqiqət və ədalət zəfər çalacaqdır! Allah Sizi bütün Azərbaycan üçün hifz etsin! Biz Sizinlə qürur duyuruq!

Hörmətlə,

İman Quliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Rostropoviç küçəsi, ev 9, mənzil 18.