28 oktyabr 2022, 18:10

Gülnarə Qocayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı cəmiyyətimizdə böyük minnətdarlıqla qarşılanır. Mən şəhid anasıyam. Dövlətimiz tərəfindən bizə şamil edilən güzəşt və imtiyazlar, xüsusilə də mənzil-məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən məqsədyönlü işlər Sizin bizə verdiyiniz dəyərin bariz nümunəsidir.

Hörmətli Prezident, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olan bu işlərə görə Sizə sonsuz minnətdarıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Qocayeva Gülnarə Kamil qızı

Şəhid anası

Azərbaycan Respublikası, Gəncə şəhəri.