Natiq Musayevdən, Tərtər, Azərbaycan
Əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandan.
Siz fəaliyyətiniz dövründə Tərtər rayonuna daim diqqət və qayğı göstərmisiniz. Vətən müharibəsi zamanı rayonumuza dəymiş ziyanın aradan qaldırılması işləri bunu bir daha göstərdi. Müharibədən sonra Tərtər nəinki əvvəlki görkəminə qaytarılıb, hətta əvvəlkindən də gözəl olub və bu istiqamətdə işlər davam etdirilir. Kommunal xətlər qaydaya salınmış, elektrik enerjisi, qaz, su ilə fasiləsiz təmin olunmuşuq. Şəhərin küçələrinə, eləcə də bizim yaşadığımız küçəyə asfalt örtüyü salınmışdır. Bir sözlə, həyata keçirilən abadlıq, bərpa-quruculuq işləri sayəsində doğma Tərtərimiz indi göz oxşayır.
Cənab Prezident, Tərtərdə görülən işlərə, insanların rifah halının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə küçəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Həyatınız daim firavan, işləriniz avand olsun.
Hörmətlə,
Natiq Musayev
Azərbaycan Respublikası, Tərtər şəhəri.