29 oktyabr 2022, 15:20

Araz Bəhmənlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə sayəsində bu gün xalqımız məğrur və başıucadır. Allah həmişə Sizin başınızı uca eləsin.

Dünyada baş verən təlatümlərə, dərin siyasi böhrana baxmayaraq, Siz düşünülmüş addımlarınızla ölkəmizi daha da irəliyə aparırsınız. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma, bərpa işləri ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirir.

Cənab Prezident, biz Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman var olun.

Ölkəmizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bəhmənli Araz Adil oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri