31 oktyabr 2022, 12:29

Tanrıverdi Əsgərovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız uğurlu siyasət və bütün sahələrdə həyata keçirdiyiniz islahatlar ölkəmizin sürətli inkişafına, eyni zamanda, əhalimizin sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.

Cənab Prezident, mən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının III kurs tələbəsiyəm və III qrup əlil idim. Əməliyyat olunmağıma kömək üçün Sizə müraciət etmişdim. Artıq əməliyyat olunmuşam, sağlamlığıma qovuşmuşam. Diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnşallah, ölkəmizə layiqli bir vətəndaş olacağam.

Allah Sizi qorusun.

Hörmətlə,

Əsgərov Tanrıverdi Balamirzə oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Sərçuvar kəndi.