01 noyabr 2022, 13:21

Həsənağa Bayramovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Qırx dörd günlük Vətən müharibəsi zamanı zərər dəymiş ərazilərin bərpası və yenidən qurulması üçün atdığınız addımlara, xalqımıza və eləcə də Vətən müharibəsi zamanı xeyli zərər görmüş qəhrəman Tərtərimizə göstərdiyiniz diqqət və qayğıya görə bütün tərtərlilər adından Sizə minnətdarıq.

Cənab Prezident, zərər dəymiş küçələrdən biri olan yaşadığım Heydər Hüseynov küçəsi görülən işlər çərçivəsində yüksək keyfiyyətli asfalt örtüyü döşənməklə bərpa edilir. Küçəmizin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi qorusun! Həmişə var olun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Bayramov Həsənağa Müslüm oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu.