Vüsalə Əhmədova və başqalarından, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Şirvan şəhərində fəaliyyət göstərən 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının kollektivi və burada təlim-tərbiyə alan uşaqların valideynləri adından Sizə təşəkkür edirik.
Bu körpələr evi-uşaq bağçasında həm tərbiyəçi-müəllimlər, həm də körpə və uşaqlar üçün yaradılan şəraitdən, nizam-intizamdan, dövlətimiz tərəfindən vaxtlı-vaxtında ayrılan qida məhsullarından, bir sözlə dövlətimizin qayğısından razılığımız böyükdür. Ən başlıcası odur ki, körpə fidanlarımız, uşaqlarımız etibarlı yerdə təlim-tərbiyə alırlar.
Əziz Prezidentimiz, Azərbaycanın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısına, onların təlim-tərbiyəsinə, təhsilinə ayrılan diqqətə görə Sizə bir daha dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İnşallah, nəvələrinizi göz dolusu görəsiniz!
Hörmətlə,
Əhmədova Vüsalə,
Səmədova Xuraman,
Məmmədova Şəfəq,
Yusifova Arzu,
Tarverdiyeva Adilə və başqaları (15 nəfər).
Azərbaycan Respublikası, Şirvan şəhəri.