02 noyabr 2022, 18:00

Qələmşah Əhədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Çox xoşbəxtik ki, xalqımıza bu günlər qismət oldu. Vətən müharibəsində qalib gələrək doğma torpaqlarımıza qovuşduq. Siz Azərbaycan xalqına böyük qürur bəxş etdiniz.

Mənim oğlum İlkin Əhədzadə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. Onun döyüş yolu dövlətimiz tərəfindən qiymətləndirilərək "Vətən uğrunda'', "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Rəşadət ordeni" ilə təltif olunmuşdur. Mən çox sevinirəm ki, dövlətimiz şəhid ailələrinə xüsusi diqqət göstərir. Bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Siz şəhid ailələrinin, müharibə əlillərinin sosial və mənzil-məişət problemlərinin həllinə böyük diqqət göstərirsiniz. Verdiyiniz bu dəyər xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bu günlərdə biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmirli mənzillə təmin olunmuşuq.

Cənab Prezident, biz, həmçinin “Qardaş ailə” layihəsi çərçivəsində Türkiyə Respublikasında səfərdə olmuşuq. Buna görə Sizə və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ailəm adından dərin təşəkkürümü bildirirəm.

Siz bizim fəxrimizsiniz. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Əhədov Qələmşah Əli oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Bakı şəhəri.