06 sentyabr 2012, 14:20

Əmirxan Zeynalovdan, Laçın, Azərbaycan

Əziz Prezidentimiz!

Siz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısısınız. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev xalqımızın dəyərli şəxsiyyətlərini – Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı və başqalarını imperiyanın amansız caynağından xilas etmişdi. Siz də bu yolla gedərək Macarıstan həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu erməni lobbisinin iti caynaqlarından xilas edib Vətənə gətirdiniz və müvafiq Sərəncamınızla azadlığa buraxdınız. Bu, Sizin ən uğurlu qələbələrinizdən biri olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə bərabərdir.

Sizə cansağlığı, uzun ömür, yeni-yeni qələbələr arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə işğal altındakı bütün torpaqlarımız azad olunacaqdır.

Hörmətlə,

Əmirxan İsimxan oğlu Zeynalov
Laçın rayonundan olan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Müşviqabad qəsəbəsi.