03 noyabr 2022, 16:13

Həqiqət Alıkişiyeva və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər regionlarımıza göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Biz Tərtər rayonunun timsalında da bunun şahidi oluruq. Rayonumuzda abadlıq-quruculuq işləri geniş vüsət almışdır.

Cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlər biz tərtərlilər tərəfindən böyük sevinclə və minnətdarlıqla qarşılanır. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Tərtər rayon sakinləri adından:

Alıkişiyeva Həqiqət

Quliyev İslam

Quliyeva Hurubikə

Məmmədov Litfi

Azərbaycan Respublikası, Tərtər rayonu.