03 noyabr 2022, 17:25
Nihat Cəfərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, Azərbaycan gənci və könüllüsü olaraq, ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəlməsi üçün gördüyünüz məqsədyönlü işlərə, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etmək istəyirəm.
Siz Vətən müharibəsi dövründə siyasi meydanda göstərdiyiniz müdriklik, dərin siyasət, danılmaz tarixi faktlar ilə bütün dünyaya sözümüzü dediniz, haqq səsimizi çatdırdınız və Azərbaycan xalqını bir daha qürurlandırdınız.
Cənab Prezident, Sizin dövlətimiz və xalqımız qarşısındakı danılmaz xidmətlərinizi fəxrlə təqdir edir, müdrik və praqmatik siyasətinizi dəstəkləyir, ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Nihat Cəfərov
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.