03 noyabr 2022, 19:01

Alik Əliağayevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Xaçmaz rayonunun Çiləgir kəndində yaşayıram, ailəliyəm, üç övladım var.

Sizə məktub yazmaqda məqsədim bir vətəndaş olaraq minnətdarlığımı bildirməkdir. Ölkə iqtisadiyyatının inkişafı, xalqın rifahının gündən-günə yaxşılaşması, istər daxili, istərsə də xarici siyasətdə qazanılan uğurlar Sizin humanistliyinizin, müdrikliyinizin və qətiyyətinizin bəhrəsidir.

Hörmətli cənab Prezident, mən Sizin əskərinizəm. Mən bütün gücümlə Sizi dəstəkləyirəm və hər zaman yanınızdayam.

Hörmətlə,

Alik Əliağayev

Azərbaycan Respublikası, Xaçmaz şəhəri, Çiləgir kəndi.