Musa Mahmudludan, Yevlax, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
İlk növbədə, Azərbaycan Respublikası torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Mən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
Müzəffər Ali Baş Komandan, Sizin Sərəncamınıza əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Qarabağın işğalda olması Azərbaycan xalqının, millətinin 30 ilə yaxın ən yaralı yeri olmuşdur. Özünüzün də dediyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev torpaqlarımzın azadlığını Sizə vəsiyyət etmişdir. Siz ata vəsiyyətini layiqincə yerinə yetirərək, Azərbaycan üçün ən məsuliyyətli tarixi bir yükün öhdəsindən uğurla gələrək xalqımıza, millətimizə Qələbə sevinci yaşatdınız.
Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, 44 günlük Vətən müharibəsində Sizin başçılığınız altında “Dəmir yumruq” əməliyyatında iştirak etmişəm.
Hörmətlə,
Mahmudlu Musa Zakir oğlu
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Yevlax rayonu, Səmədabad kəndi.