04 noyabr 2022, 15:22
Qoşqar Zəkiyevdən, Xaçmaz, Azərbaycan
Hörmətli cənab Prezident.
Xarici siyasət arenasında göstərdiyiniz səylərinizə və uğurlarınıza görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, xalqımızın rifah halının daha da yaxşılaşması üçün atdığınız hər bir addımı alqışlayıram. Bu məqsədyönlü addımlar öz bəhrəsini verir, dövlətimizi və xalqımızı daha da ucaldır.
Hər zaman uca olasınız, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Qoşqar Zəkiyev
Azərbaycan Respublikası, Xaçmaz rayonu, Həsənqala kəndi.