05 noyabr 2022, 13:26

Abbas Cavadovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bizə Qələbə sevinci yaşatdığınız üçün Sizə minnətdarıq. Sizin güclü siyasətiniz, Ali Baş Komandanı olduğunuz şanlı Ordumuz sayəsində Azərbaycan Vətən müharibəsində Zəfər çaldı, yeni tarix yazdı.

Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna ciddi ziyan dəymişdi. Ancaq, müharbədən dərhal sonra Tərtərin əvvəlki görkəmi özünə qaytarıldı. Hazırda rayonda tikinti, abadlıq işləri sürətlə gedir.

Cənab Prezident, Sizin tapşırığınızla rayonumuzda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər davam etdirilir. Bizim yaşadığımız Firudin bəy Köçərli küçəsinə də bu günlərdə asfalt örtüyü salındı. İndi yolumuz rahat və genişdir. Mənzil başına vaxt itkisinə yol vermədən çatırıq.

Ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Fəxr edirik, qürur duyuruq ki, Sizin kimi Prezidentimiz var.

Tərtər şəhəri Firudin bəy Köçərli küçəsinin sakinləri adından hörmətlə,

Abbas Cavadov

Azərbaycan Respublikası, Tərtər şəhəri.