Anar Yaqubovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü bildirmək istərdim. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə qaytarılması və Sərəncamınızla azadlığa çıxması birmənalı olaraq Sizin böyük zəhmətiniz, əzmkarlığınız, şəxsi nüfuzunuz sayəsində mümkün olmuş, möcüzə reallığa çevrilmişdir. Cənab Prezident, xalqımızın sevincinin həddi-hüdudu yoxdur. Biz Sizin rəhbərliyinizlə Qarabağın düşmən tapdağından azad ediləcəyi gün bundan da artıq dərəcədə sevinəcəyik. Qadir Allah bunu bizə nəsib etsin! Əminik ki, Sizin müdrik siyasətiniz bizi tezliklə Qarabağımıza qovuşduracaqdır. Sizə bu ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz Sizinlə qürur duyuruq, həmişə qürurlu olasınız.
Hörmətlə,
Yaqubov Anar Məmmədağa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.