05 noyabr 2022, 16:30

Zinyət Əmirovadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Doğma ata-baba yurdumuzu düşməndən azad etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Siz alicənab, qayğıkeş, səmimi, humanist olmaqla yanaşı, hərbi məsələlərdə və müharibə dövründə qətiyyətli, cəsarətli, böyük sərkərdəlik bacarığına malik olduğunuzu da göstərdiniz. Bu müsbət keyfiyyətlər Sizə olan ehtiramı və məhəbbəti artırmaqla bərabər, xalqımızda özünəinam hissini, mübarizə ruhunu daha da yüksəldir.

Sizin keçmiş məcburi köçkünlərə olan qayğınız da hamıya çox yaxşı məlumdur. Mən də onlardan biri kimi, bu qayğını, köməyi hər zaman görürəm. Mənim üçün ev tikilmişdir, qaz, su və elektrik enerjisi ilə təmin olunmuşam. Sizin tapşırıqlarınıza uyğun olaraq, tez-tez aidiyyəti qurumlar tərəfindən qəbul edilirik. Problemlərimizlə maraqlanır, həllinə kömək göstərirlər.

Cənab Prezident, Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Zinyət Əmirova

Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Quzanlı qəsəbəsi.