11 noyabr 2022, 11:57

Ümit Kurtdan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident.

Qardaş ölkə Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edir, 2 il əvvəl qəhrəmanlıq dastanı yazan və Qarabağı işğaldan azad edən igidlərimizə minnətdarlığımızı bildirir, şəhidlərimizi hörmət və rəhmətlə yad edirik.

Pertevniyal liseyinin şagirdlərinin bu münasibətlə ifa etdiyi və yutub kanalında yerləşdirilən “Anadır arzulara hər zaman Qarabağ” mahnısını Qarabağda Zəfərə imza atan azərbaycanlı qəhrəmanlarımıza ithaf edirik.

Şagirdlərimiz 1924-cü il oktyabrın 6-da Atatürkün Qarsa səfəri zamanı azərbaycanlı gənclərin oxuduğu “Hoş Gelişler Ola Mustafa Kemal Paşa” əsərindəki bu misraları da səsləndirmişlər:

“Cebhede süngüler ayna kimi parlıyor,

Azeri türkləri bayraq açmış, bekliyor.”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Biz bir millət, iki dövlətik”

Yaşasın Azərbaycan!

Xalqınıza xeyirli günlər arzu edirik.

Hörmətlə,

Ümit Kurt

Pertevniyal liseyinin müəllimi

Türkiyə Respublikası, İstanbul şəhəri.