11 noyabr 2022, 17:00
Nübar Novruzovadan, Bakı, Azərbaycan
Cənab Prezident.
Bizə bu gözəl və şərəfli tarixi yaşatdığınız üçün Sizə təşəkkürümü bildirirəm.
Xalqımız hər il Zəfər Gününü böyük qürurla və təmtəraqla qeyd edir. Biz sənət adamları üçün bu əlamətdar gün həm də bir növ yeni çağırış deməkdir. Zəfər bayramı tədbirlərində iştirak etmək bizi həm bizi sevindirir, həm də yeni yaradıcılıq uğurlarına səsləyir. Bütün xalqımız kimi, bizdə də böyük ruh yüksəkliyi vardır.
Allah hər zaman Sizi qorusun, Müzəffər Ali Baş Komandan.
Hörmətlə,
Nübar Novruzova
Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.