11 noyabr 2022, 18:32

Məhəmməd Həsənov və başqalarından, Lənkəran, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizi Liman şəhərinin şəhid Telman Bağırovun adını daşıyan küçəsinin bir qrup sakini adından salamlayaraq, Sizə minnətdarlığımızı bildirmək istəyirik.

Cənab Prezident, yaşadığımız küçə Birinci Qarabağ müharibəsinin şəhidi Telman Bağırovun adını daşıyır. Küçədə qış aylarında qrunt suları yığılır və sakinlərin gediş-gəlişi üçün maneələr yaradırdı. Bizim küçə ilə bərabər R.Rza küçəsi ötən ay asfaltlaşdırılaraq sakinlərin istifadəsinə verildi. Bu səbəbdən Sizə və bu işdə əməyi keçən hər kəsə sakinlərimiz adından təşəkkürümüzü bildiririk və yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov Məhəmməd

Əliyev Elşən

Həsənova Minaxanım

Səfərova Sevda

Nuriyev Qasid

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.