Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub

11 noyabr 2022, 16:25
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.

Fərqli dizaynla hazırlanan sərgidə insan üçün zamanın əhəmiyyəti və əsas həyat ölçülərindən biri olduğu xüsusi tərtibatla verilib. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sirlərini özündə saxlayır. Sərgi salonunun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarkən insan özünü sanki ulduzların əhatəsində - qalaktikada hiss edir. Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fraqmentləri, ustaların və sənətkarların əl işləri təqdim edilir.

Sərgi salonunu gəzərkən qaranlıqdan süzülən işıq tarixin bu ucsuz-bucaqsız azimutunda zamanın dayandığı yerdə həyat verən ilğım şəklində qarşımıza çıxır. Bura sanki yaradıcılar, rəssamlar, sənətkarlar və şairlər şəhəridir.

Pavilyonda nümayiş etdirilən fərqli və qədim zinət əşyaları, xüsusi işləmələr, parçalar və digər əşyalar sərgi ilə tanış olanlarda böyük maraq yaratdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 15 mart 2025
20:00
Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının...

15 mart 2025, 20:00
SƏNƏDLƏR Sərəncamlar 15 mart 2025
11:18
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

15 mart 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 15 mart 2025
11:14
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il...

15 mart 2025, 11:14