06 sentyabr 2012, 14:35

Nahid Əsədovdan, Qubadlı (Sumqayıt), Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması üçün gördüyünüz qətiyyətli tədbirlər ölkəmizin bütün gəncləri kimi məni də ürəkdən sevindirir. Müqəddəs bayrağımızı, milli qürurumuzu qoruyan qeyrətli Azərbaycan zabitinə sahib çıxmağınız, qayğı göstərməyiniz Sizə olan sonsuz inam və sevgimizi bir daha artırır. Bu xeyirxah əməlinizlə yenidən sübut etdiniz ki, ölkəmizin hər bir vətəndaşının, hər bir azərbaycanlının Prezidentisiniz.

Qəti əminik ki, Sizin rəhbərliyiniz və komandanlığınızla işğalçı erməni ordusu torpaqlarımızdan qovulacaq, ərazi bütövlüyümüz təmin ediləcək, Xankəndidə, Qubadlıda və digər rayonlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır.

Dərin hörmət və ehtiramla,


Əsədov Nahid Məhərrəm oğlu,
Qubadlı rayonundan məcburi köçkün,
əlbəyaxa döyüş növü üzrə dünya çempionu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri