12 noyabr 2022, 13:50
Muxtar Əliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Qarabağ müharibəsi iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli məsələləri həmişə Sizin diqqətinizdədir. Mən də müharibə əliliyəm. Fərdi ev tikintisi üçün torpaq sahəsinə ehtiyacım var idi və bu yaxınlarda təmin olundum. Göstərdiyiniz diqqət və qayğı bizim ruh yüksəkliyimizi, Sizə olan inamımızı, etimadımızı daha da artırır.
Müzəffər Ali Baş Komandan, Sizə dərin minnətdarlığımızı bildiririk. Hər zaman Sizi dəstəkləyirik.
Allah Sizi və Vətənimizi qorusun.
Hörmətlə,
Əliyev Muxtar Novruz oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri, Məhsəti qəsəbəsi.