Xəzəngül Süleymanovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən sosial proqramlar vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu, Sizin xalqa olan diqqət və qayğınızın bariz nümunəsidir.
Əziz Prezident, övladımın təhsil haqqının ödənilməsində çətinliklə üzləşmişdim. Problemim həll olundu. Göstərilən köməyə görə bir ana kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Siz və Mehriban xanım daim xalqın yanında olursunuz. Azərbaycan xalqı Sizin köməyinizi hər zaman hiss edir. Biz də Sizi dəstəkləyirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Süleymanova Xəzəngül Koroğlu qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.